![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/27/1/1efeaee9-5179-4442-92bf-4c797ca5c6c9/679744d6682bd679744d6682be1737966806679744d6682bb679744d6682bc.jpg)
Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birində olan ödəmə terminalından 10225 manat və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zahir Puri saxlanılıb.