AZ

Ağcabədidə ödəmə terminalından oğurluq edən şəxs saxlanılıb VİDEO

Ağcabədi, 27 yanvar, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazalardan birində olan ödəmə terminalından 10 min 225 manat və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə məlumat daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçirilmiş tədbirlər nəticəsində qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zahir Puri saxlanılıb. Onun yaşadığı ünvandan oğurladığı pulun bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Seçilən
12
12
azertag.az

10Mənbələr