Dekabrda Cənubi Koreyada qəzaya uğrayan və 179 nəfərin ölümü ilə nəticələnən "Jeju Air" sərnişin təyyarəsi ilə bağlı ilkin hesabat açıqlanıb. İlkin araşdırma hesabatına görə, təyyarənin hər iki mühərrikində Baykal mallard növünə aid lələk və qan ləkələri aşkar edilib. Köçəri ördək növü olan Baykal mallard böyük sürülərdə uçur. Səlahiyyətlilər bildiriblər ki, qəzanın səbəbləri ilə bağlı araşdırmalar uçuş-enmə zolağının sonundakı beton konstruksiyaya, eləcə də quşların təyyarəyə vurmasına diqqət yetirəcək.Xəbərdə Boeing 737-800 tipli təyyarənin mühərriklərinin ətraflı şəkildə araşdırılacağı və qəzadan təsirlənən beton konstruksiyasının təhlil ediləcəyi bildirilib.Səlahiyyətlilər bildiriblər ki, uçuş məlumatları və kokpit səs yazıları qəzadan 4 dəqiqə əvvəl kəsilib. Qəzada istifadə edilən təyyarənin modelini daha əvvəl idarə edən bəzi ekspertlər uçuş-enmə zolağının kənarında beton konstruksiyaların olmasını şübhə altına alıblar. Mütəxəssislər iddia edirdilər ki, bu strukturlar olmasaydı, insan itkisi daha az ola bilərdi.Bildirilib ki, sözügedən beton konstruksiyada təyyarələrin enişinə kömək edən naviqasiya sistemi olan "lokalizator" yerləşir. Cənubi Koreya Nəqliyyat Nazirliyi bu sistemin ölkə daxilində və xaricdəki digər hava limanlarında da tətbiq edildiyini bildirib.Ötən həftə səlahiyyətlilər ölkənin yeddi hava limanında istifadə edilən beton maneələrin dəyişdiriləcəyini və uçuş-enmə zolağının təhlükəsizlik zonalarının yenidən təşkil ediləcəyini açıqlamışdı.Qəza ilə bağlı ilkin hesabat Birləşmiş Millətlər Təşkilatının aviasiya agentliyinə və ABŞ, Fransa və Tailanddakı səlahiyyətlilərə təqdim edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta