AZ

Türkiyədə qurulan Qazaxıstan şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 42 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 39 milyon 250 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 181 milyon 505 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (27) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 17 milyon 900 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-dekabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 21 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Seçilən
11
2
turkic.world

7Mənbələr