AZ

Rəsmi Parisin Azərbaycana qarşı iddiaları Fransanın uğursuzluqlarını ört-basdır etmək cəhdindən başqa bir şey deyil - Sevil Mikayılova

Bakı. Trend:

Rəsmi Parisin Azərbaycana qarşı iddiaları Fransanınuğursuzluqlarını ört-basdır etmək cəhdindən başqa bir şeydeyil.

Bunu Trend-ə Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandanvitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılovadeyib.

"Fransa xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı guya"müstəmləkə ərazilərinə müdaxilə etmək"də ittiham edən bəyanatıParisin öz uğursuzluqlarını ört-basdır etmək cəhdindən başqa birşey deyil. Uzun onilliklərdir müstəmləkə ərazilərini nəzarətdəsaxlayan Fransa indi diqqəti Yeni Kaledoniyada dərinləşən böhrandanyayındırmaq üçün kənar qüvvələri günahlandırmağa çalışır. Halbukiəsl problem yerli əhalinin illərdir ağır ayrı-seçkiliyə, ifratyoxsulluğa və sərt repressiyalara məruz qalmasıdır", - obildirib.

Deputat qeyd edib ki, Yeni Kaledoniya müasir neokolonializminparlaq nümunəsidir.

"Ümumi əhalinin təxminən 40%-ni təşkil edən kanaklar yoxsulluqvə sosial bərabərsizlik girdabında qalmağa davam edir. Kanaklararasında işsizlik səviyyəsi 24%-i keçib, ərazinin nikel yataqlarıkimi zəngin təbii resursları isə Fransanın iri korporasiyalarınınnəzarəti altındadır. "Fransız demokratiyasının təzahürü" kimitəqdim olunan referendumlar isə əslində bir illüziyadır. 2021-ci ilmüstəqillik referendumu bunun bariz nümunəsidir: 96,5% səs çoxluğuilə Fransa nəzarətinin davam etməsi qərara alınsa da, bu nəticəyerli əhalinin Fransanın təzyiqlərinə qarşı kütləvi boykotununfonunda əldə edilmişdi", - S.Mikayılova bildirib.

S.Mikayılovanın sözlərinə görə, Yeni Kaledoniyada etirazlaraqarşı güc tətbiqi adi hala çevrilib.

"2022-ci ildə nümayişçilərə qarşı zorakılıq nəticəsində 14 nəfərhəyatını itirdi. Bununla belə, Fransa bu faciəni açıq şəkildəmüzakirə etmək əvəzinə, beynəlxalq təşəbbüsləri - o cümlədən BakıTəşəbbüs Qrupunu - ittiham etməklə məşğuldur. Halbuki butəşəbbüslər Fransanın müstəmləkəçilik siyasətini ifşa edir. Parisinbu reaksiyası yalnız həqiqətdən qorxduğunu nümayiş etdirir.

Özünü demokratiyanın müdafiəçisi kimi təqdim edən Fransa digərölkələrin işlərinə müdaxilə etməkdən çəkinmir. Amma özmüstəmləkələrində xalqın öz müqəddəratını təyin etmək hüququnuboğur. İnsan haqları müdafiəçilərinə və antikolonial hərəkatlaratəzyiq göstərilməsi Fransanın xarici siyasətinin ayrılmaz hissəsinəçevrilib. Ancaq bu yanaşma zəifliyin göstəricisidir. YeniKaledoniyada həqiqi qeyri-sabitlik mənbəyi xarici qüvvələr deyil,məhz Fransa hökumətinin özü və onun yerli əhaliyə qarşı repressivsiyasətidir", - deputat bildirib.

Deputat qeyd edib ki, rəsmi Paris çox gec olsa da, artıq dərketməlidir ki, müstəmləkəçilik dövrü başa çatır.

"Fransa öz səhvlərini etiraf etməli, repressiyalardan əl çəkməlivə Yeni Kaledoniya xalqına öz müqəddəratını təyin etmək hüququnutəmin etməlidir. Azərbaycanı günahlandırmaq və şantaj cəhdləri isəitirilmiş etimadı qaytarmaq üçün heç bir nəticə verməyəcək.

Dekolonizasiya labüddür, və Parisin öz təsir dairəsini saxlamaqüçün atdığı hər addım onun beynəlxalq arenada reputasiyasına dahaçox zərbə vurur. Dünya artıq Fransanın ikiüzlülüyünü görür,dəyişikliklərin vaxtı isə sürətlə yaxınlaşır", - S.Mikayılova əlavəedib.

Seçilən
15
20
az.trend.az

10Mənbələr