AZ

Türkiyə ABŞ ilə münasibətlərdə problemlər yaşadığını AÇIQLADI

“Türkiyənin ABŞ ilə münasibətlərində problemlər var, əsas problem Vaşinqtonun Suriya siyasətidir”.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan “Al Şark” telekanalına müsahibəsində bildirib.

“Bizim ABŞ ilə də problemli məsələlərimiz var. Amerikanın Suriyadakı siyasəti ön plandadır", - Hakan Fidan deyib.

Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Türkiyə tərəfi Donald Trampın rəhbərlik etdiyi yeni ABŞ administrasiyası ilə sıx əməkdaşlığı davam etdirir. Fidan qeyd edib ki, ABŞ-nin yeni administrasiyası seçilmiş “liderin” göstərişlərini tam şəkildə yerinə yetirəcəyinə ümid edir.

QAZİLER.AZ

Seçilən
15
50
qaziler.az

10Mənbələr