AZ

“Qətiyyən ruhdan düşmürəm, mənə də şans gələcək”

“Biz futbolçuların üzərinə düşən iş məşq etmək və hər an üçün hazır olmaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumçusu Anatoli Nuriyev deyib.

Bir ara milliyə də dəvət almış ön xətt oyunçusu cari mövsümdə cəmi 2 dəfə əsas heyətdə yer alıb. Krunoslav Renduliç kimi, Vasili Berezutski də Ukrayna doğumlu Nuriyevə az şans verir.

Ehtiyatda oturmaq ona necə təsir edir? Anatolini dinləyək:

“Həyatda mümkünsüz heç nə yoxdur. Zaman göstərəcək. Gələcəyə ümidlə baxıram.

Əsas heyətə düşmək üçün əlimdən gələni edirəm. Qətiyyən ruhdan düşmürəm. Mənə də şans gələcək”.

Seçilən
45
50
sportinfo.az

10Mənbələr