«Araz-Naxçıvan» üç oyunluq məğlubiyyət seriyasına son qoya bildi.
Premyer Liqanın 20-ci turunda «Neftçi»ni qəbul edən Muxtar Respublika təmsilçisi aktivinə 3 xal yazdı.
İki braziliyalının - Vanderson Melo və Ramon Maçadonun vurduğu qollarla 2:1 hesablı qələbə qazanan «ağ-qırmızılar» nisbətən rahat nəfəs aldı.
Xal ehtiyatını 42-yə çatdıran və turnir cədvəlinin ikinci pilləsində möhkəmlənən komandanı Zaur Axundov da sevindirib.
Naxçıvan Futbol Federasiyasının prezidenti qalibiyyət münasibətilə kolllektivə 40 min manat mükafat paylayıb.
SPORTİNFO.AZ