Yaponiyanın Osaka şəhərində məktəb yaxınlığında yerləşən anbarda güclü yanğın baş verib.
Söz.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb.
Şagirdlər mıktəb binasından təxliyə edilib.
Tsurumi rayonunda ikimərtəbəli anbarda baş verən yanğında təxminən 500 kvadratmetr sahə yanıb.
Nəşrin məlumatına görə, yanğın zamanı anbarda heç kim olmayıb.
Yanğının söndürülməsi davam edir, hadisə yerində 56 ədəd texnika işləyir.
Polisin məlumatına görə, itki yoxdur.