Özbəkistanın paytaxtında çərşənbə axşamı gecə iki yanğın baş verib.
Daşkəndin Üçtəpə rayonunda tikiş fabriki yanıb. Yerli vaxtla saat 21:40-da hadisə yerinə gələn yanğınsöndürənlər dörd saat ərzində yanğını söndürə biliblər. Hadisə yerinə Daşkənd Fövqəladə Hallar İdarəsinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri baş çəkib.
İkinci yanğın Daşkənd Beynəlxalq Aeroportunun dayanacağında baş verib; Yanğın barədə məlumat saat 00:06-da daxil olub və hadisə yerinə gələn mütəxəssislər tez bir zamanda yanğını söndürüblər və on dəqiqədən az vaxt sərf ediblər. Hər iki hadisənin səbəbləri müəyyən edilir, dəymiş ziyanın məbləği hesablanır.
//Samir Qurbanov, Editor.az