AZ

İsraildə ara qarışdı, oyun yarımçıq qaldı

İsrail çempionatının 20-ci turunun "Makkabi Hayfa" - "Makkabi Təl-Əviv" oyunu yarımçıq dayandırılıb.

Publika.az xəbər verir ki, birinci hissədə Tel-Əviv təmsilçisinin forvardı Dor Turgqman rəqib azarkeşlərinin tribunaları qarşısında penaltidən vurduğu qolu təntənə ilə qeyd etdiyi üçün dava düşüb. Bir neçə fanat da meydançaya girməyə çalışıb.

Birinci hissədə “yaşıl meymunlar” qrupundan olan Hayfa azarkeşləri meydançaya fişənglər ataraq oyunu dörd dəfə yarımçıq dayandırıb. Onlardan biri öz qapıçılarına dəyib.

İdman nazirinin müraciətindən sonra İsrail polisinin baş müfəttişi tamaşaçıların sağlamlığı üçün real təhlükə və iğtişaşların davam etmə ehtimalı yüksək olduğundan matçı dayandırmaq qərarına gəlib.

Seçilən
10
50
publika.az

10Mənbələr