Türkiyənin Şanlıurfa şəhərində IT mütəxəssisi işləyən və bir müddət əvvəl ərindən boşanan qadın iki qızı öldürüb intihar edib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 27 yanvar, günorta saatlarında baş verib.
38 yaşlı Serap Yamacanın 8 yaşlı qızını sistemə dərman qataraq, 14 yaşlı qızını isə, tapança ilə atəş açaraq öldürdüyü və eyni silahla özunu vurduğu müəyyən edilib.
Əldə edilən məlumata görə, 11 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən atəş səslərini eşidən ətrafdakılar vəziyyəti polisə bildiriblər.
Hadisə yerinə çağırılan sağlamlıq qrupları ana və 14 yaşlı qızının öldüyünü müəyyən ediblər. Xəstəxanaya aparılan 8 yaşlı qız həkimlərin bütün müdaxiləsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Müayinədən sonra cəsədlər Şanlıurfa Ədli Tibb Təşkilatının meyitxanasına aparılıb, hadisə ilə bağlı araşdırmalar davam edir.