AZ

Ələt-Astara yolunda qəza oldu, 2 nəfər öldü, 3 yaralı var

Bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu qəsəbəsindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Niva" markalı avtomobillə Vaz-2106 markalı avtomobilin toqquşması nəticəsində iki nəfər həyatını itirib, üç nəfər isə yaralanıb. 
 

Hadisə zamanı VAZ-da olan üç sərnişindən ikisi - Biləsuvar rayon sakini Qurbanov Mübaşir və Salyan rayon sakini Əhmədov Mustafa oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. "Niva" markalı avtomobildə olan iki sərnişindən biri də ağır yaralanıb.


Qəzada yaralanan Zeynalov Samid Eldəniz oğlu və Quliyev Cəlal Ceyhun oğlu isə  Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Məlumata görə, VAZ avtomobilində olan şəxslər 3 saylı meşə təsərrüfatının işçiləri olub və Bakıdan qayıdırmışlar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Seçilən
33
50
bizim.media

10Mənbələr