12 il əvvəl qətl törətməkdə təqsirləndirilən və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilən Rəşad Qaytaranov işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizaya göndərilməsi barədə qərar qəbul olunub.
Ekspertizanın rəyi gələnə qədər məhkəmə baxışı təxirə salınıb.
Qeyd edək ki, hadisə 2013-cü ildə baş verib. Rəsmi məlumata görə, Bakı şəhər sakini Ruslan Abbasova Rəşad Qaytaranov bıçaqla xəsarətlər yetirib. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.