Məhkəmə 12 il əvvəl qətl törətməkdə təqsirləndirilən və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilən Rəşad Qaytaranovla bağlı qərar verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizaya göndərilməsi barədə qərar qəbul olunub.
Ekspertizanın rəyi gələnə qədər məhkəmə baxışı təxirə salınıb.
Qeyd edək ki, hadisə 2013-cü ildə Nizami rayonunda baş verib. Rəsmi məlumata görə, Bakı şəhər sakini Rəşad Qaytaranov Ruslan Abbasova bıçaqla xəsarətlər yetirib. Nəticədə R.Abbasov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarılmayıb. Onun cinayəti törədərkən anlaqsız olması qənaətinə gəlinib və buna görə də 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.
"Cebheinfo.az"