AZ

Kallas: “Rusiya vurduğu ziyanı ödəməlidir”

Avropa İttifaqında üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “X” hesabında yazıb.

Avropa İttifaqında üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların yenidən uzadılması ilə bağlı razılığa gəldiklərini deyən Kaya Kallas qeyd edib ki, sanksiyaların uzadılması Moskvanı müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirlərdən məhrum edəcək.

Kallas bildirib ki, Rusiya vurduğu ziyanı ödəməlidir.

Qərar çərçivəsində Rusiyanın Ukraynada sabitliyi pozmağa yönəlmiş hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq edilən və 2022-ci ilin fevralında Ukraynaya hücumdan sonra xeyli genişləndirilən məhdudlaşdırıcı tədbirlər 2025-ci il iyulun 31-dək uzadılacaq.

Aİ indiyədək Rusiyaya qarşı 15 sanksiya paketini həyata keçirib. Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.

Sanksiyalar, həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə daşınmasına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir. 2000-dən çox şəxs və qurum Aİ-nin sanksiya siyahısındadır.

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyaları hər 6 aydan bir uzadır. Hazırkı sanksiyaların müddəti 2025-ci il yanvarın 31-də başa çatmalı idi. 

Sanksiyaların uzadılması üçün yekdilliklə səsvermə tələb olunur. Macarıstan enerji sektorundakı narahatlığına görə bir müddətdir ki, sanksiyaların uzadılması qərarını təsdiqləməyib.

Seçilən
13
2
cebheinfo.az

10Mənbələr