ABŞ prezidenti Donald Trampın müdaxiləsindən sonra Macarıstan Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını bloklamaqla bağlı fikrini dəyişib.
RMF24 xəbər verir ki, bu fikri Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. Onun sözlərinə görə, Macarıstanın vetonu ləğv etmək qərarı Trampın Vladimir Putini təcavüzkar adlandıran və Moskva sülh danışıqları aparmaq istəmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyalarla hədələyən bəyanatı ilə bağlı olub.
Sikorski əlavə edib ki, bu, Trampın məsələ ilə bağlı ilk aydın mövqeyidir və bu, Macarıstanın fikrini dəyişməsinə səbəb olub. “Düşünürəm ki, prezident Tramp burada kömək edib”, – Polşalı nazir vurğulayıb.
//Samir Qurbanov, Editor.az