AZ

ABŞ Senatından “Bitcoin” və kriptovalyutalar üçün pozitiv xəbər

ABŞ Senatı kriptovalyuta tərəfdarı olan Skott Bessenti maliyyə naziri vəzifəsinə təsdiqləyib.

"Valyuta.az"ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp ötən həftə rəsmi olaraq vəzifəsinə başlayıb və bir sıra fərmanlar imzalayıb. Kriptovalyutalarla bağlı da qərarlar qəbul edən Tramp, eyni zamanda senatın kritik vəzifələr üçün etdiyi təyinatları təsdiqləməsini gözləyir.

ABŞ Senatı Skott Bessenti maliyyə naziri olaraq təsdiqlədi

Bu istiqamətdə ilk müsbət xəbər gəldi. ABŞ Senatı, Donald Trampın ABŞ Maliyyə Nazirliyinə namizəd göstərdiyi milyarder hedc fond meneceri Skott Bessenti təsdiqlədi.

Senat 27 yanvarda Bessenti 68 lehinə, 29 əleyhinə səslə təsdiqləyib, və 16 demokrat senator da onun namizədliyini dəstəkləyib.

Milyarder hedc fond meneceri Skott Bessent hazırkı maliyyə naziri və keçmiş FED rəhbəri Canet Yellenin yerinə keçərək ABŞ maliyyə naziri kimi maliyyə siyasəti, maliyyə tənzimləmələri, beynəlxalq sanksiyalar və xarici investisiyalar üzərində qərarlar qəbul edəcək.

Bessent kriptovalyuta tərəfdarı siyasətlər izləyəcəyini, rəqəmsal mərkəzi bank valyutası (CBDC) ilə bağlı müzakirələrə son qoyacağını və "FinCEN" yoxlamalarını dayandıracağını bildirib.

Kriptovalyutalara dəstək verən Bessent, ötən həftə yaradılan prezident işçi qrupunun bir hissəsi olaraq kriptovalyutaların tənzimlənməsi çərçivəsinin hazırlanmasında və "strateji milli rəqəmsal aktiv ehtiyatının" formalaşdırılması ilə bağlı qiymətləndirmələrdə iştirak edəcək.

Bessentin senat tərəfindən təsdiqlənməsi kriptovalyuta icması tərəfindən məmnuniyyətlə qarşılanıb. "Ripple" şirkətinin baş icraçı direktoru Bred Qarlinqhaus öz "X" hesabında Bessenti təbrik edib.

Əvəz Həsənov

Seçilən
13
18
valyuta.az

10Mənbələr