ABŞ-nin İndiana ştatında baş vermiş silahlı insidentdə şübhəli şəxs də daxil olmaqla 3 nəfər ölüb, 2 polis əməkdaşı isə yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətlilər İndiananın Elkhart şəhərindəki supermarketdə silahlı hücumla bağlı açıqlama verib.
Səlahiyyətlilər hücumda iki nəfərin həyatını itirdiyini və hücum edənin zərərsizləşdirildiyini, iki polis əməkdaşının da yaralandığını bildirib.
Şəhər polisinin nümayəndəsi Dan Milanese bildirib ki, hazırda yaralı polis əməkdaşların vəziyyəti stabildir.