AZ

Biznes obyektinə silahlı hücum olub, yaralananlar var

İstanbulun Avcılar rayonunda biznes obyektinə silahlı hücum nəticəsində üç nəfər yaralanıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, hadisə daxildə müştərilər olarkən baş verib. Şahidlərin sözlərinə görə, şübhəlilər avtomobillə əraziyə gəliblər.

Atəş səslərini eşidən vətəndaşlar dərhal polisə məlumat veriblər və hadisə yerinə çoxsaylı polis və tibbi briqadalar göndərilib. Polis vəziyyəti nəzarətə götürüb və yaralılar yerində ilk yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Mağazanın cəmi on gün öncə açıldığı deyilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
3
avtosfer.az

10Mənbələr