Belarusun yeni səfiri azərbaycanlı həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç azərbaycanlı həmkarı Məhərrəm Əliyevlə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Belarusun Azərbaycanda yeni təyin olunmuş səfiri Dmitri Pineviç azərbaycanlı həmkarı Məhərrəm Əliyevlə görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.
Новоназначенный посол Республики Беларусь в Азербайджанской Республике Дмитрий Пиневич совершил визит вежливости Послу в Магерраму Алиеву. Стороны обсудили актуальное состояние и перспективы сотрудничества между двумя странами. pic.twitter.com/iwt9TvUVeO