Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi Şahin Abdullayev bu qurumun Baş katibi Hüseyn Brahim Taha ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.“Ulusum”.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.“<…> Taha bu gün, 27 yanvar 2025-ci il tarixində, Baş Katibliyin mənzil-qərargahındakı ofisində Azərbaycan Respublikasının İƏT-dəki daimi nümayəndəsi səfir Zati-aliləri Şahin Abdullayevi qəbul edib”, – mətbuat xidməti qeyd edib.Bildirilib ki, tərəflər qurumla Bakı arasındakı “münasibətlərin səviyyəsini təqdir edib və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər”.“Baş katib Azərbaycanın İƏT-in fəaliyyətinə və Birgə İslam Fəaliyyətinə verdiyi dəstəyi təqdir edib. Tərəflər həmçinin İƏT-in gündəliyindəki bir sıra məsələləri müzakirə ediblər”, – məlumatda diqqətə çatdırılıb.…> Diqqət Çəkənlər
Trampın Ukraynaya maliyyə yardımının dayandırılması: Zelenskiyə "düzgün olmayan yol" siqnali
Zərif bədən üçün təravətləndirici smuzilər
ABŞ-da 95 yaşında Reyqanın keçmiş məsləhətçisi Syuzanna Massi vəfat edib