AZ

“Uzbekistan Airways” Azərbaycan üzərindən Avropaya uçuşlara başlayıb?

“Uzbekistan Airways” (Özbəkistan Hava Yolları) Rusiya və Belarusdan yan keçərək Azərbaycan və Türkiyə üzərindən Avropaya uçuşlara başlayıb.

Oxuməni.Az “Repost.uz”-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin 33 illik yubileyi münasibətilə keçirilən mətbuat konfransında danışılıb.

“Uzbekistan Airways” təhlükəsizlik məqsədi ilə Avropaya bütün reysləri Rusiya və Belarus vasitəsilə deyil, cənuba – Azərbaycan və Türkiyə üzərindən yerinə yetirməyə başlayıb.

Məlumata görə, yanvarın 20-dən milli aviaşirkətin uçuş marşrutu dəyişib.

“Repost.uz” marşrut dəyişikliyinin Rusiya hava hücumundan müdafiəsi nəticəsində qəzaya uğraya biləcək “Azerbaijan Airlines” (Azərbaycan Hava Yolları)nın təyyarəsi ilə bağlı olub-olmamasına aydınlıq gətirib.

Xeyr, bunlar sadəcə olaraq ehtiyat tədbirləri və müəyyən dərəcədə marşrutların optimallaşdırılmasıdır”, - “Uzbekistan Airways”in mətbuat xidməti cavab verib.

Mətbuat konfransında həmçinin bu ilin yazında beş yeni təyyarənin gətiriləcəyi açıqlanıb.

Almaz Həsənli

Seçilən
13
50
oxumeni.az

10Mənbələr