AZ

Ən varlı insanlar Çinin botuna görə 108 milyard itirdi

Çin şirkəti "DeepSeek"in pulsuz chatbot "DeepSeek-R1"in uğuru fonunda texnologiya ehtiyatlarının azalması nəticəsində dünyanın 500 ən zəngin adamının sərvəti yanvarın 27-də ümumilikdə 108 milyard dollar azalıb .

Ölkə.Az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Belə ki, ən böyük itkilərə Amerika çip istehsalçısı "Nvidia"nın baş direktoru Censen Huanq məruz qalıb. Onun sərvəti  20% və ya konkret rəqəmlə ifadə etsək 20,1 milyard dollar azalıb.

"Bloomberg Billionaires Index"in qiymətləndirməsinə görə, onun sərvəti 101 milyard dollar həcmində dəyrləndirlir.  Bununla da "Nvidia" 600 milyard dollar ucuzlaşaraq "Apple" və "Microsoft"-a uduzaraq dünyanın ən dəyərli şirkəti titulunu itirərək səhmləri təxminən 18% ucuzlaşıb.

"Bloomberg" yazıb ki, "Oracle Corp"un həmtəsisçisi Larri Ellison isə 22,6 milyard dollar, "Dell"in qurucusu Mikael Dell 13 milyard dollar, "Binance"in qurucusu Çanpen Çao isə 12,1 milyard dollar itirib.

Çin chatbotunun işə salınması Avropa birjalarına da təsir edib. Süni intellekt infrastrukturu üçün avadanlıq təchiz edən "Siemens" şirkətinin səhmləri 19,9% ucuzlaşıb.

Qeyd edək ki, "DeepSeek" keçən həftə OpenAI-nin ChatGPT ilə rəqabət apara biləcəyi yenilənmiş süni intellekt modelini təqdim edib. 

Yanvarın 27-də "DeepSeek-R1"  "AppStore"da ən populyar pulsuz proqram olub. 

Mürtəza
Ölkə.Az

Seçilən
19
7
olke.az

10Mənbələr