"DeepSeek" rəqiblərinə nisbətən daha az xərclə və daha qısa müddətdə inkişaf etdirdiyi süni intellekt modelini bazara çıxardıqdan sonra ABŞ şirkətlərinin bu sahədəki hökmranlığının pozula biləcəyi narahatlıqları səbəbiylə texnologiya səhmləri kəskin şəkildə azalıb.Çinli startapın "Google" və "OpenAI" kimi rəqiblərindən daha qısa müddətdə, daha ucuz qiymətə və daha az çiplə inkişaf etdirdiyi süni intellekt modeli tez bir zamanda bütün dünyada geniş şəkildə istifadə olunmağa başlayıb və bu, texnologiya səhmlərinin satış təzyiqinin dərinləşməsinə səbəb olub.Model ABŞ-da yerləşən "ChatGPT"ni keçərək tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramına çevrilib.Çinin ucuz qiymətə süni intellekt modelini işə salması qərb şirkətlərinin, xüsusilə də ABŞ-ın sektorda hökmranlığına və bu sahədə etdikləri böyük xərclərə dair şübhələri artırıb.Analitiklər bildiriblər ki, "DeepSeek" daha ucuz alternativ təklif edir və bu, qərb şirkətlərinin süni intellektə investisiya və xərcləmə səviyyəsi ilə bağlı suallar doğurur.Həftənin ilk ticarət günə olan məlumata görə, texnologiya şirkətlərinin səhmlərinin üstünlük təşkil etdiyi "Nasdaq" indeksi 600 bənddən çox dəyər itirərək 3 faizdən çox ucuzlaşıb.ABŞ çip nəhəngi "Nvidia"nın səhmləri 11 faizdən çox, "Broadcom"un səhmləri isə 12 faizdən çox dəyər itirib."Micron Technology"nin səhmləri 8 faizdən, "Advanced Micro Devices" (AMD) və "Applied Materials"ın səhmləri 5 faizdən, "Qualcomm"un səhmləri isə 2 faizdən çox ucuzlaşıb.Tayvanın yarımkeçirici istehsalçılarından biri olan Tayvan Yarımkeçirici İstehsalat Şirkətinin (TSMC) səhmlərində dəyər itkisi 9 faizi keçdiyi halda, "Armun" səhmlərindəki azalma 8 faizi ötüb.Süni intellektə böyük sərmayə qoyan ABŞ-ın texnologiya nəhəngləri "Microsoft" və "Google"un ana şirkəti olan "Alphabet"in səhmləri 3 faizdən çox, "Amazon" və "Meta"nın səhmləri isə 2 faizdən çox ucuzlaşıb.AI server istehsalçıları "Dell Technologies" və "Super Micro Computer" şirkətlərinin də səhmləri 7 faizdən çox dəyər itirib.Bildirilib ki, şirkətin Çindəki "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən "DeepSeek-R1" modeli 2000 "Nvidia" çipindən istifadə edilməklə hazırlanıb və dəyəri təxminən 5,6 milyon dollardır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta