Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov amerikalı jurnalist Taker Karlsonun Co Bayden administrasiyasının Prezident Vladimir Putinin qətli vasitəsilə "müharibəni sürətləndirmək" cəhdi barəsində iddialarına cavab verib.
Peskov deyib: "Rusiyanın xüsusi xidmət orqanları ictimai təhlükəsizliyi və dövlətin mühafizəsi altına olan şəxslərin, ilk növbədə dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri daimi şəkildə həyata keçirirlər".
Taker Karlson məşhur amerikalı jurnalistdir, 2024-cü ildə V.Putindən müsahibə almaq üçün Moskva şəhərinə səfər edib. Karlson bu yaxınlarda bəyan edib ki, Bayden administrasiyası "müharibəni tezləşdirmək" üçün Rusiya liderinin qətlə yetirilməsini planlaşdırırmış.
Karlson jurnalist Mett Taibbi ilə müsahibəsində deyib: "Keçmiş dövlət katibi Entoni Blinken açıq-aşkar deyirdi ki, əsl müharibədə, məsələn, Putinin qətlində təkid edir. Bayden administasiyası Putini öldürməyə çalışırdı".
Hürr Tərcüman