Putinə sui-qəsd hazırlamaq nüvə müharibəsinə aparan birbaşa yol olardı.
Azreform.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin amerikalı jurnalist Taker Karlsonun Bayden administrasiyasının Putini öldürməyə cəhdi barədə səsləndirdiyi fikiri şərh edərkən deyib.
Volodin əlavə edib ki, Putini öldürmək niyyətinin müzakirəsinə ciddi yanaşmaq lazımdır, çünki yuxarıda təsvir edilən bütün hallar eyni zəncirin halqalarıdır.
“Taker Karlsonun dedikləri hərtərəfli araşdırılmalıdır. Bayden və Blinken məsuliyyətə cəlb olunmalıdır. Biz hamımız başa düşməliyik ki, Rusiya Federasiyasına qarşı şiddətli mübarizə aparılır”, - Volodin teleqram kanalında yazıb.
Volodin onu da qeyd edib ki, Bayden və Blinken hələ də Taker Karlsonun dediklərini təkzib etməyiblər.
Mürtəza
Azreform.info