Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd planı və bu mövzuda müzakirələr cinayət və qlobal təhlükəsizliyə ciddi təhdiddir.
Sfera.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının (Rusiya parlamentinin aşağı palatası) spikeri Vyaçeslav Volodin deyib.
"Putinə sui-qəsd planı, onun sadəcə müzakirəsi cinayətdir, qlobal təhlükəsizliyə ciddi təhdiddir, nüvə müharibəsinə aparan birbaşa yoldur. Bütün beynəlxalq qurumlar buna araşdırma üçün əsas kimi baxmalıdırlar", - Volodin “Telegram”da yazıb .
O, hesab edir ki, indiki sərt qarşıdurma fonunda Rusiya cəmiyyəti qarşılaşdığı çağırışların və təhdidlərin səviyyəsini anlamalı və deməli, öz məsuliyyətini dərk etməlidir.
Xatırladaq ki, Taker Karlsonun sözlərinə görə, Co Bayden administrasiyası Putinə sui-qəsd planlayıb. Xüsusilə ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken vəzifədə olduğu son iki ayda ABŞ və Rusiya arasında həqiqi müharibə üçün çox səy göstərib.
Firuzə Əliyeva