AZ

Tramp regionda söz sahibinin Azərbaycan olduğunu yaxşı bilir - AÇIQLAMA

"ABŞ prezidenti Donald Trampın Cənubi Qafqazla bağlı praqmatik düşüncədə olduğunu zənn edirəm. Ola bilər, başqa məsələlərdə Trampın strategiyası ilə razı deyilik, amma sırf Cənubi Qafqazla bağlı bunu söyləmək olar".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, Tramp sözügedən regionda söz sahibinin, güclü ölkənin Azərbaycan olduğunu yaxşı bilir:

"Trampın hələ birinci hakimiyyəti dövründə Azərbaycan-ABŞ münasibətləri, ticari, siyasi, iqtisadi, təhlükəsizlik yüksək səviyyədə olub. Bütün münasibətləri alt-üst edən məhz Demokratlar, Sorosçular, Bayden-Blinken cütlüyü oldu”.

Müsahibimizin fikrincə, Trampın Cənubi Qafqazla bağlı prioriteti ondan ibarət olacaq ki, Türkiyə və Azərbaycanla yaxşı münasibətlərdə olsun:

“Zəif bənd olan Ermənistan üzərindən heç bir oyun qura bilməzlər. Biz bunu Avropa İttifaqının, Fransanın timsalında görmüşük. ABŞ dünyanın hegemon ölkəsidir. Hesab edirəm ki, Amerikada rəmzi mənalar, simvollar çox böyük önəm daşıyır. ABŞ dolları, dünyanın bir nömrəli valyutasının üzərində "yeni dünya düzəni" ifadəsi əks olunub. Tramp komandası yeni dünya düzəninin formalaşmasından ötrü hər şeyi edir və edəcək”.

Tramp hakimiyyətə gəlməzdən öncə yeni Departament - "hökumətin idarə edilməsinin effektivliyi nazirliyi" yaradılcağını bəyan etmişdi. İlan Mask və hind əsilli Vivek Ramasvaminin bu Departamentə rəhbərlik edəcəyi deyilirdi:

“Ramasvami qatı ermənipərəst bir şəxsdir. Prezidentliyə namizəd olmuş Ramasvami hakimiyyətə gələcəyi təqdirdə "erməni soyqırımı"nı tanıyacağını demişdi. Bizim üçün yaxşı məqam odur ki, Ramasvamiyə bu vəzifə həvalə edilməyəcək. Bu da onu göstərir ki, ABŞ idarəetməsində ermənipərəst elementlər yoxdur".

Tural Gəncəliyev:  Tramp komandası yeni dünya düzəninin formalaşmasından ötrü hər şeyi edir və edəcək

Deputat qeyd edib ki, Tramp biznesmen və anti-sistem siyasətçi təfəkkürünə malikdir. Ona görə də ilk növbədə iqtisadi sanksiyalar, ABŞ-nin maraqlarına cavab verməyən istənilən beynəlxalq təşkilatların maliyyələşməsi məsələsini gündəmə gətirir:

"Tramp deyir ki, Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün neftin qiymətini salmaq lazımdır. Çünki Rusiyanın əsas gəliri neft-qaz gəlirləridir. OPEK-ə, Səudiyyə Ərəbistanına müraciət etdi ki, neftin qiymətini salmaq lazımdır. Avropa İttifaqına qarşı tələb irəli sürür ki, siz ABŞ məhsullarına xüsusi vergilər tətbiq edirsizsə, bunu iki qatını o tətbiq edəcək. Məsələn, NATO üzvləri ÜDM-nin 2 faizini təhlükəsizlik üçün qurumun ortaq büdcəsinə ödəyirlər. Tramp bunun 5 faiz olmasını tələb edir. Bildirir ki, ABŞ Avropanın əvəzinə Rusiya ilə qarşıdurmaya girməyəcək və s. Ancaq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verdi ki, Ukrayna ilə müharibənin neft qiymətləri ilə əlaqəsi yoxdur. Rusiya mesaj verir ki, bu, ideoloji savaşdır. Onsuz da Rusiyaya qarşı sanksiyalar var idi, beynəlxaql pul köçürmələri dayandırılmışdı. Neft-qaz birbaşa Rusiyadan Avropaya getmir. Şimal Dəhlizi fəaliyyətini dayandırıb. Rusiya məhdud iqtisadi çərçivədə müharibə aparır. Ona görə də Peskov bu bəyanatı ilə həm də Avropaya, dünyaya, xüsusən rus ictimaiyyətinə bildirir ki, onların davası ideolojidir".

Aydın Baxış

Seçilən
11
38
bakivaxti.az

10Mənbələr