AZ

"Tramp milyoner olduğuna görə ermənilərdən asılılığı yoxdur" - Elman Nəsirov - VİDEOMÜSAHİBƏ

"Tramp milyoner olduğuna görə ermənilərdən asılılığı yoxdur" - Elman Nəsirov - VİDEOMÜSAHİBƏ"Bir çox ABŞ prezidentləri erməni lobbisinin girovuna çevrilirdi. Çünki güclü lobbi və böyük maliyyə imkanları var. Konqresmen, senat, prezident düşünür ki, erməni lobbisinin dəstəyini alsa, seçilə bilər. Amma Trampın belə asılılıiğı yoxdur. Çünki Trampın özü milyonerdir. Onun erməni lobbisinin dollarına, sentinə ehtiyacı yoxdur. Tramp daha obyektiv siyasət həyata keçirəcək. Tramp implusivdir, emosionaldır, amma kifayət qədər ağıllı insandır. Tramp dövründə Azərbaycan-ABŞ münasibətlərində yeni imkanlar pəncərəsi açılacaq".

Bu sözləri Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov BiG.AZ-a müsahibəsində deyib.

O qeyd edib ki, Bayden ermənipərəst siyasəti ilə yadda qalıb:

"Bayden o qədər ermənipərəst oldu ki, indiyə kimi ABŞ-nin digər prezidentlərinin atmadığı addımı atdı. O, qondarma erməni soyqırımını tanıdı.Hakimiyyətdən getməyinə az qalmış Ermənistanla strateji tərəfdaşlıq sazişi imzaladı. Ermənistan- ABŞ münasibətləri strateji dialoqdan strateji tərəfdaşlığa qalxdı. Bu sənədə görə ABŞ-nin Ermənistanın İranla sərhədi boyunca hərbi kontingentini təmsilçiliyi də nəzərdə tutulur.İndi rus əsgərləri Ermənistan-Türkiyə sərhədini qoruyurlar, amma sirr deyil ki, bir müddət sonra orada ABŞ əsgərləri olacaq. Bütün bunlar göstərir ki, Bayden administrasiyası ermənipərəst siyasət həyata keçirib.
Biz ərazi bütövlüyümüzü 2020-ci ildə təmin etdik. Həmin vaxt ABŞ prezidenti Donald Tramp idi. Bu, cənab prezidentin 17 illik hazırlıq prosesi nəticəsində baş verdi. Amma bu reallığı da nəzərdən qaçırmamaq lazımdır ki, məhz Tramp o zaman prezident idi".

Deputat həmçinin qərbi azərbaycanlıların qayıdışı, Fransanın Azərbaycana qarşı ittihamları ilə bağlı sualları cavablandırıb.

Seçilən
7
38
big.az

10Mənbələr