AZ

Emre Kınay artıq bu sahədə fəaliyyət göstərəcək

Məşhur türkiyəli aktyor Emre Kınay Londonda karyerasına tamam başqa bir sahədə yön verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor Londonda yerləşən daşınmaz əmlak şirkətində “biznesin inkişafı meneceri” kimi işə başlayıb.

Emre Kınay 2 il əvvəl Londonda sahibi olduğu “Duru” teatrının filialını açıb və orada aktyorluq dərsləri verməyə başlayıb.

Aktyor “Güneşin Kızları”, “Ulan İstanbul”, “Sil Baştan”, “Güneşi Beklerken”, “İki Aile” və sair kimi məşhur seriallarda rol alıb.


Seçilən
7
3
qafqazinfo.az

4Mənbələr