Hazırda Londonda yaşayan məşhur türkiyəli aktyor Emre Kınay özünü başqa bir sahədə sınamağa başlayıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor daşınmaz əmlak şirkətində “biznesin inkişafı meneceri” kimi işə başlayıb.
Emre Kınay 2 il əvvəl Londonda sahibi olduğu “Duru” teatrının filialını açıb və orada aktyorluq dərsləri də verməyə başlayıb.
Qeyd edək ki, E.Kınay “Güneşin kızları”, “Ulan İstanbul”, “Sil baştan”, “Güneşi beklerken”, “İki aile” kimi məşhur seriallarda rol alıb.