AZ

İranın xarici işlər naziri Trampə ələ saldı

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin qonşu ərəb ölkələrinə köçürülməsi təklifinə cavab olaraq israillilərin Qrenlandiyaya köçürülməsini təklif edib.

Herbiand.az xəbər verir ki, Sky News-a müsahibə verən Əraqçi Trampın bütün regionda hiddətə səbəb olan təklifini ələ salıb.

"Mənim təklifim fərqlidir. Fələstinlilərin əvəzinə israilliləri qovmağa çalışın, onları Qrenlandiyaya aparın ki, bir daşla iki quş vursunlar".

Nazir ABŞ-ın dəstəyi ilə İranın iddia edilən nüvə proqramına İsrailin mümkün hücumu ilə bağlı söhbətlərə də toxunub.

"Biz açıq şəkildə bildirdik ki, nüvə obyektlərimizə hər hansı bir hücum dərhal və qətiyyətlə qarşılanacaq. Amma onların bu çılğınlığı edəcəklərini düşünmürəm. Bu, həqiqətən də çılğınlıqdır. Və bu, bütün regionu çox böyük fəlakət və təhlükəyə aparacaq”.

Seçilən
14
6
herbiand.az

10Mənbələr