İranın xarici işlər naziri Abbas Əraqçi Qətərə səfər edib.
İranın xarici işlər naziri Abbas Əraqçi Qətərə gedib və orada Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparacaq.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bu səfər zamanı Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək səviyyəli nümayəndələri ilə görüş və Fələstində baş verən son hadisələrin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.