İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin qonşu ərəb ölkələrinə köçürülməsi təklifinə cavab verib.
Publika.az xəbər verir ki, Əraqçi israillilərin Qrenlandiyaya köçürülməsini təklif edib.
“Sky News”a müsahibə verən Əraqçi Trampın təklifini ələ salıb.
“Mənim təklifim başqadır. Fələstinlilərin əvəzinə israilliləri qovmağa çalışın, onları Qrenlandiyaya aparın ki, bir daşla iki quş öldürsünlər”, - deyə Əraqçi bildirib.