Xudat şəhərində 1979-cu il təvəllüdlü Kənan evlənmək məqsədilə yetkinlik yaşına çatmayan Kəmaləni (adlar şərti verilib – red.) oğurlayaraq ona təcavüz edib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Kənan sosial şəbəkə hesab olunan “Snapchat" mobil tətbiqi vasitəsilə tanış olduğu 2010-cu ildə anadan olmuş Kəmaləyə ailə quracağıyla bağlı yalan vədlər verib. 18 may 2023-cü ildə Kəmaləni aldadaraq yaşadığı Tovuz rayonunun kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığından oğurlayıb və Xudat şəhərindəki evinə gətirib.
Kənan qızı dörd gün həmin ünvanda saxlayıb. Mayın 19-da saat 02:30-da, mayın 21-də saat 23:00-da zorakılıq göstərib, təbii yolla onunla cinsi əlaqədə olub.
Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 144.3 (bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 149.3.3-cü (zorlama - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib.
“Toxunmadım, cinsi əlaqədə olmadım”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, evlidir, himayəsində 3 uşağı var:
“Son zamanlar ailəmdən ayrılmaq qərarına gəldim, ancaq məhkəməyə müraciət etmədim. 11 may 2023-cü ildə “Snapchat” mobil tətbiqindən istifadə zamanı təsadüfən Kəmalə adlı qızla tanış oldum. Tətbiqdəki profil adı telefonun köhnə sahibi Sənanın adınaydı. Kəmalə ilə söhbət zamanı 22 yaşım olduğunu, Xaçmaz rayonunda yaşadığımı bildirdim. O isə 18 yaşı tamam olduğunu, Tovuz rayonunun kəndində yaşadığını, ailəsi icazə vermədiyi üçün mobil telefon nömrəsinin olmadığını dedi.
Kəmalə ilə bir-iki gün sosial şəbəkədə söhbət etdikdən sonra bir-birimizə şəkillərimizi göndərdik, bir-birimizdən xoşumuz gəldi.
Kəmalə atasının onu tez-tez döydüyünü, evdən və ailəsindən bezdiyini dedi və mənimlə getmək istədiyini bildirdi. Mayın 18-də o, Bakı şəhərinə gəldi. Biz “Şamaxinka” deyilən yerdə görüşdükdən sonra birlikdə Xudata mənim evimə getdik. Yolboyu Kəmalənin üzündə maska olduğundan onun yaşını bilmədim. Xudatdakı evə çatdıqdan sonra onun yaşının az olduğunu bildim. Buna görə də Kəmaləyə toxunmadım, onunla cinsi əlaqədə olmadım”.
“Şəkilini mənə göndərdi”
Təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olub. Onun ibtidai istintaqa ifadəsi elan edilib.
Kənan ibtidai istintaqa bildirib ki, mayın 11-də istifadəsində olan “Samsung” markalı mobil telefondakı “Snapchat” mobil tətbiqindən istifadə edən zaman təsadüfən Kəmalə adlı profili istifadəçisi ilə tanış olub: “Kəmalə ilə söhbət zamanı 22 yaşım olduğunu, Xaçmaz rayonunda yaşadığımı bildirdim. O isə 18 yaşı tamam olduğunu, Tovuz rayonunun kəndində yaşadığını söylədi.
Bir-iki gün söhbətdən sonra ondan şəklini istədim. Sözümü yerə salmadı. O, şəklini göndərdikdən sonra məndən də foto istədi. Şəkillərimizi gördükdən sonra o mənim, mən onun xoşuna gəldim”.
“Təklif etdim ki, birlikdə yaşayaq”
Kənanın sözlərinə görə, mayın 15-də söhbət zamanı Kəmalədən xoşu gəldiyini, subay olduğunu və onunla evlənmək istədiyini bildirib: “Kəmalə mənimlə razılaşdı, artıq yaşadığı evdən çıxaraq getmək istədiyini dedi. Beləliklə, evlənmək barəsində razılaşdıq.
Kəmalə ilə səmimi münasibətim yarandıqdan sonra “Snapchat" ani mesajlaşma tətbiqində bir-birimizə mesajlar yazışdıq. Mayın 17-də ona təklif etdim ki, yanıma gəlsin, evlənərək birlikdə yaşayaq. O, razılıq verərək mənimlə evlənmək istədiyini təkrar bildirdi.
Mayın 18-də Tovuz rayonuna gəlib, onu yaşadığım evə aparacağımı dedim. Kəmalə Tovuz rayonunun hansı kəndində, kəndin hansı məhəlləsində yaşadığını dedi”.
“Mənə xəbər etməsini dedim”
Kənan qeyd edib ki, mayın 18-də səhər yaşadığı evdən çıxıb, taksilərin birinə əyləşərək paytaxta yola düşüb:
“Həmin gün saat 09:30-da radələrində Bakı şəhərində, avtovağzalda avtomobildən endim. Tovuz rayonuna gedən taksilərin dayandığı yeri soraqlaşıb tapdım və 20 manata Tovuza yola düşdüm. Saat 15:00-da rayona çatdım. Tovuza yaxınlaşanda sürücüdən kəndə gedən yolun yaxınlığında mənə xəbər etməsini xahiş elədim.
Yolun başında avtomobildən endikdən sonra bir qədər piyada yeridim, daha sonra maşınların birinə əl edib saxlatdım. Sürücüyə kənddə Çöpçülər məhəlləsi adlanan küçədə düşəcəyimi dedim. Sürücü məni qeyd olunan küçəyə apardı, ona 3 manat ödəniş etdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin küçədə dayanıb və “Snapchat” tətbiqi vasitəsi ilə Kəmaləyə mesaj yazıb, yaşadığı evin harada yerləşdiyini dəqiqləşdirib: “Kəmalə evlərinin çöpçü yaşayan evin yaxınlığında olduğunu dedi. Tanımadığım bir oğlandan çöpçünün evini soruşdum, o da istiqaməti mənə göstərdi.
Kəmaləyə mesaj yazıb həmin istiqamətdə piyada gəldiyimi dedim. Bu zaman onun qarşı tərəfdən iti addımlarla mənə tərəf gəldiyini gördüm. Şübhə doğurmamaq üçün istiqamətimi dəyişdim, yol tərəfə getməyə başladım ki, Kəmalə mənə çatanadək maşın saxladım.
Kəmalə yanıma çatanadək “VAZ 2106” markalı avtomobili dayandırdım, maşına əyləşdik. Sürücü bizi Tovuz rayonundan Bakı şəhərinə gedən avtomobillərin dayandığı yerə apardı. “Ford Tranzit” markalı sərnişin avtobusu ilə Bakıya yola düşdük”.
“Birlikdə yemək yedik”
Kənanın sözlərinə görə, Bakı şəhərinə çatdıqdan sonra "Şamaxinka" adlanan ərazidə avtomobildən enib və Xudat şəhərinə gedən “Mercedes C-class" markalı avtomobilə əyləşiblər:
“Mayın 19-da gecə saat 01:00-da Xudata çatdıq. Gecə avtomobil dairəsinin yanında düşdük və piyada özümə məxsus evə gəldik. Evdə bir qədər söhbət etdik. Kəmaləyə adımın Sənan yox, Kənan olduğunu, habelə 22 yaşım olduğunu bildirdim.
Arvadımla münasibətimin yaxşı olmadığına görə Kəmalə ilə evlənərək birlikdə yaşayacağımızı, onun əri olacağımı düşündüm. Daimi yaşayış olmadığına görə evdə ərzaq yox idi. Ac olduğumuz üçün mağazaya gedib sosiska və yumurta aldım. Kəmalə yemək hazırladı, birlikdə yemək yedik”.
“Cinsi əlaqədə olmuşam”
Kənan qeyd edib ki, gecə saat 02:30-da evdə yataq olmadığına görə Kəmalə yerə ədyal salaraq yatmaq üçün yer hazırlayıb: “Həmin yerdə Kəmalə ilə könüllü razılığı əsasında cinsi əlaqədə olduq. Ona ər-arvad olacağımızı dedim. Kəmalənin bakirəliyinin pozulduğunu başa düşdüm.
Cinsi əlaqədən sonra gecəni yatdıq və səhər duraraq işə getdik. Mayın 21-dək ona toxunmadım. Kəmaləni yaşadığım evə gətirdikdən sonra evin yerləşdiyi yataqxananın giriş qapısını arxadan bağlayaraq çölə çıxdımm. Yataqxananın giriş qapısından istifadə edirdim. Arxa tərəfdən də giriş var və əsas həmin qapıdan istifadə edirəm. Arxa qapı da daim açıq olur.
Yataqxananın əsas giriş qapısını kənar şəxs tərəfindən oğurluq edilməməsinə görə bağlamışam. Evdə Kəmalə ilə könüllü razılığı ilə təbii yolla bir dəfə cinsi əlaqədə olmuşam. Ona heç bir zor tətbiq etməmişəm, onu vurmamışam”.
Kənanın ifadəsinə görə, Kəmalə ilə “Snapchat" ani mesajlaşma tətbiqində tanış olarkən ona 13 yaşlı olması barədə məlumat verməyib: “O, artıq 18 yaşının tamam olub, 19-a keçdiyini dedi.
Mayın 22-də günorta saatlarında Kəmalə gizli şəkildə telefonu götürərək xalası ilə danışanda onun 13 yaşı olduğunu öyrəndim. Artıq gec idi. Kəmaləni arvadım kimi saxlamağı və həddi-buluğa çatdıqdan sonra onunla evlənməyi düşündüm.
Şəklini gördükdən sonra Kəmalənin yaşı ilə bağlı mənə yalan məlumat verməsi, azyaşlı olması ilə bağlı məndə heç bir təsəvvür yaranmadı. Elə bildim ki, özünün dediyi yaşdadır. Hazırda əməlimdən peşmanam”.
“Subay olduğunu və evlənmək istədiyini dedi”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Kəmalənin sözlərinə görə, valideynləri ilə Tovuz rayonunun yaşayır, orta məktəbin 7-ci sinif şagirdidir: “Əvvəllər mobil telefondan istifadə etməmişəm. Ancaq yaşadığımız evdə internet olduğuna görə aradabir anamın mobil telefonundan istifadə etməklə müxtəlif sosial şəbəkələr vasitəsi ilə mesajlar yazmışam. Sonradan anam mənə telefon alıb bağışladı.
Anamın bağışladığı mobil telefon vasitəsi ilə “Snapchat”da tanışlarıma mesaj yazarkən təsadüfən Sənanın profili diqqətimi cəlb etdi və ona mesaj yazdım. O da mənə cavab yazdı və bu bizim aramızda tanışlığın yaranmasına səbəb oldu. Sonrakı günlərdə də bir-birimizə mesajlar yazdıq.
Qeyd etdiyim profildən istifadə edən şəxs adının Sənan olduğunu, 17 yaşında və subay olduğunu dedi. Mən də özüm haqqında məlumat yazdım, 14 yaşında olduğumu və mobil telefon nömrəmin olmadığını bildirdi.
Bir müddət sonra Sənan yaşının 22 olması barədə mesaj yazdı. Mən də cavabda yaşımı 18 göstərdim. Mesajlaşdığım şəxsin adının Sənan olduğuna inandım. Məndən fotoşəklini istəyəndə mobil telefonla şəklimi çəkib göndərdim. Sənan da öz fotoşəklini çəkərək mənə göndərdi. Beləliklə, bir-birimizdən xoşumuz gəldi.