AZ

Omayra Sançez - kameralar qarşısında ölən uşaq » AzadMedia.az


Türkiyə hakimiyyəti Bolu Kartalakayada yanan otellə bağlı 19 nəfəri həbs edib. “Karar” qəzeti yazır ki, iş adamı ölümlərdə aşpaz, mətbəx işçiləri, elektrik və mühafizəçilərin günahkar olduğunu bildirib. Bəziləri yazır ki, guya Fövqaladə hallar işçiləri gec gəlib, bəziləri yazır ki, otel tikilən zaman onun yanğından mühafizə sisteminə diqqət verilməyib və sairə. Bu məlumatları oxuyanda yadıma Kolumbiyada baş verən vulkanın qurbanı Omayra Sançez düşür.

Omayra Sançez - kameralar qarşısında ölən uşaq kimi tarixə düşüb.

Aşağıda gördüyünüz fotoşəkil "Omayra Sançezin əzabları" adlanır.

Hər şey 1985-ci il noyabrın 13-də Kolumbiyanın Armero şəhəri yaxınlığında Nevado del Ruiz vulkanının püskürməsi ilə başladı.

Kraterdən axan lava dağ buzlağına dəydi və dərhal ərimiş buz və vulkanik küldən əmələ gələn sel axınları çay vadilərinə töküldü. Yüksək sürətlə (saniyədə 6 metr) hərəkət edən ilk dalğa yoluna çıxan Armero şəhərinin çox hissəsini tutdu.

Fəlakət baş verən gecə 13 yaşlı Omayra Sançes uzun müddət beton döşəmə plitələri altında qaldığına görə yuxarıdan görünmədiyindən onu tapmaq mümkün olmayıb. Omayraya çatan xilasedicilər plitələri yerindən tərpətməyə müvəffəq olublar, onu azad etmək istəyəndə onun ayaqlarının dağıntılar altında qaldığı məlum olub.

Uşağa yemək verildi, suyun içində qoluna sistem qoşdular, dərman verdilər, lakin onu xilas etmək mümkün olmurdu. Qız üç gecə əzab çəkdi. Qız çox qorxurdu, tez-tez dua edir və ağlayırdı. Üçüncü gecə Ömayra hallüsinasiya görməyə başladı, dərsə gecikməkdən qorxduğunu söyləməyə başladı və ətrafdakılardan gedib dincəlmələrini istədi. Omayra 60 saat suda qaldı və ehtimal ki, qanqren və ya hipotermiyadan öldü.

Ölümündən iki saat əvvəl suyu çıxarmaq üçün nasos gətirilsə də, onun nasaz olduğu üzə çıxıb. Cəmi dörd saat ərzində 18 nasos gətirildi. Lakin heç biri işləmədi. Qız isə əzablar çəkirdi onlar nasaz nasoslar üzərində işləyən zaman.

Media vasitəsilə geniş şəkildə işıqlandırılan Omayranın ölümü Armero fəlakətinin faciəvi təbiətinin simvoluna çevrildi və məmurların səhlənkarılığını bütün dünya gördü.

Ölkədə baş verən ittihamlara cavab olaraq xilasedicilər qeyd ediblər ki, hətta adi əşyaların da çatışmazlığı var: kürəklər, xərəyələr, kəsici alətlər. Onlar xilasetmə işlərinin zəif təşkilinə bu işdə məsul olan rəhbərliyin xilasedicilərin işlərinə mane olduğunu bildiriblər.

Hər iki hadisədə və digər belə hallarda günahkar oteli işlədənlər, xilasedicilər və digərləri ittiham edilir, günahkar olurlar. Bizdə də hər zaman qurban olan JEK müdiri kimi....

Lakin heç kim bu işə məsul olan məmurlara söz demirlər. Hakimiyyətdə kreslolarda əyləşənlər hər zamankı kimi "Günahsız" olurlar.
Zaur Əliyev,
Dosent
Seçilən
2
50
azadmedia.az

10Mənbələr