AZ

Paşinyanın bu çıxışı kimlərəsə yarınmaq üçün atılan addımdır — Arzu Nağıyev

Ermənistanın baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumunun "Avropanın təsirini necə yaymaq olar?" panel müzakirəsində çıxış edərək bildirib ki, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir. O, xüsusilə Ermənistanın təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazır olduğunu vurğulayıb. Paşinyan qeyd edib ki, İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulması istiqamətində iş aparır.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, bu çıxış, əsasən, Rusiya və regionda olan dövlətlərlə münasibətlərin necə qurulması, balanslı siyasətin necə həyata keçirilməsi kimi qəbul edilir:

“Ermənistan da, Avropa da dərk edir ki, sülh müqaviləsi imzalanmasa, regionda sülh bərqərar edilməsə, hər hansı layihələrin həyata keçirilməsindən söhbət gedə bilməz. Ən ciddi faktorlar olan Azərbaycan və Türkiyə ilə münasibətlər tənzimlənməsə hər hansı balanslı siyasətdən söhbət gedə bilməz. Biz Zəngəzur dəhlizinin açılması ilə bağlı təklifləri ortaya qoyanda  bunlar bütün kommunkasiyaların açılma məsələsini gündəmə gətirirlər”.

Millət vəkili qeyd edib ki, bu  siyasətdə kimlərəsə yarınmaq üçün atılan addımlardır:

“Zəngəzur dəhlizi başda olmaqla kommunikasiyaların açılması gələcəkdə hansısa müsbət tendensiyanı yarada bilər. Məhz Paşinyanın da Davos İqtisadi Formunda açıqlaması bir daha həm Avropaya, həm də regionda tənəzzülə uğramış iqtisasiyyatını necə qaldırmaq üçün ata biləcək addımdır. Bu, həm onun daxili auditoriyasını, həm də havadarlarını sakitləşdirmək üçün olan təkliflərdir”.

Leyla Turan
Demokrat.az
Seçilən
20
11
demokrat.az

10Mənbələr