İran Dövlət Radio və Televiziyasının (ЖКЖИ) müxbiri İsraildə saxlanılıb.
Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə IRIB rəhbəri Peyman Cəbəli danışıb.
O bildirib ki, araşdırmalara görə jurnalist əvvəl güman olunduğu kimi, Qəzzada deyil, İsrail tərəfində saxlanılıb.
Cəbəli jurnalistin kimliyini və saxlanılma vaxtını açıqlamayıb. Onun tezliklə əsirlikdən azad olunacağına ümid etdiyini bildirib: "Jurnalistin ailəsi məsələni gündəmə gətirmək istəmir".
Telegram kanalımız