İran Dövlət Radio və Televiziyasının müxbiri İsrail tərəfindən saxlanılıb.
Milli.Az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Dövlət Radio və Televiziyasının rəhbəri Peyman Cebeli açıqlama verib.
Cebeli bildirib ki, araşdırmalara görə jurnalist İsrail tərəfindən saxlanılıb.
İran Dövlət Radio və Televiziyasının rəhbəri jurnalistin kimliyini və saxlanılma vaxtını açıqlamayıb. Onun tezliklə əsirlikdən azad olunacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, jurnalist Qəzzada deyil, İsrail ərazisində saxlanılıb.
Cebeli bildirib ki, jurnalistin ailəsi məsələni gündəmə gətirmək istəmir. /APA
Milli.Az