AZ

Lüksemburq AŞPA ilə Azərbaycan arasında dialoqun bərpasına çağırıb

Bakı. Trend:

Lüksemburqun xarici işlər və ticarət naziri Ksavye Bettel AvropaŞurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə FəaliyyətPlanı çərçivəsində fəaliyyətinin bərpasını alqışlayıb.

Trend xəbərverir ki, bunu Ksavye Bettel AŞPA-nın qış sessiyasında çıxışızamanı deyib.

"Azərbaycana gəlincə, Nazirlər Komitəsi Assambleyanın Azərbaycannümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməməsi barədəqərarından sonra icrası dayandırılmış Fəaliyyət Planı çərçivəsindəəməkdaşlığın bərpasını məmnunluqla qeyd edib. Biz dialoqplatforması olmağa davam etməliyik və ümid edirik ki, yaxıngələcəkdə əlaqələri bərpa etmək üçün ortaq məxrəcələr tapılacaq", -o bildirib.

Xatırladaq ki, 2024-cü il yanvarın 24-də Avropa Şurası ParlamentAssambleyası Azərbaycan Respublikasının nümayəndə heyətininetimadnaməsini təsdiq etməyib.

AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya vəislamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA-daqarşılıqlı fəaliyyətini və iştirakını qeyri-müəyyən müddətədayandırmaq qərarına gəlib.

Məqalədə:
Seçilən
26
2
az.trend.az

10Mənbələr