Qətnamədə AŞPA Azərbaycan hökumətini "Siyasi partiyalar haqqında”, "KİV haqqında” qanuna və Demokratiya Uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) tövsiyyələrinə uyğun olaraq QHT-lərə aid müvafiq qanunvericiliyə düzəlişlər etməyə çağırıb.
Bundan başqa, Assambleya 2024-cü ildə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərini müşahidə etmək üçün AŞPA-nın dəvət olunmamasından təəssüflənir.
Beynəlxalq müşahidəçilərin fikrincə, bu seçkilər demokratiya baxımından beynəlxalq standartlara cavab verməyib, ifadə, sərbəst toplaşma və birləşmək azadlığına artan məhdudiyyətlər altında keçirilib.
AŞPA həmçinin 26 avqust 2024-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin 2527 (2024) saylı Qətnamənin lehinə səs verən Assambleyanın 76 üzvünü personae non-qranta elan etməsini qətiyyətlə pisləyib və qəbuledilməz adlandırıb.
"Hökumət orqanlarını bu qadağanı dərhal ləğv etməyə və bütün həll edilməyən məsələlərlə bağlı Avropa Şurasının orqanları ilə, xüsusən də Nazirlər Komitəsi, Baş Katib və Assambleyanın özü ilə konstruktiv dialoq aparmağa çağırırıq", - hesabatda göstərilib.
Azərbaycan hökuməti bütün deyilənlərlə razılaşmır və AŞP-nı Azərbaycana qarşı qərəzli mövqedə suçlayır.
Gülnar Nazimqızı
www.anews.az