Türkiyənin "Kasımpaşa" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Adalet.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İstanbul klubu Türkiyə millisinin sabiq futbolçusu Burak Yılmaza tapşırılıb. O bu postda Hakan Keleşi əvəzləyib.
Qeyd edək ki, Burak Yılmaz son olaraq ötən il "Kayserispor"un baş məşqçisi olub.