AZ

Qvardiola ÇL haqda danışdı: “Qalib gəlməliyik, yoxsa, turniri tərk edəcəyik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında “Brügge” ilə oyun barədə danışıb.

Futbolpress.az xəbər veri ki, ispaniyalı mütəxəssis komandasının turnirin növbəti mərhələsinə çıxmaq şanslarını qiymətləndirib:

“İndiki vəziyyətdə biz matçda qalib gəlməliyik, yoxsa, turniri tərk edəcəyik. Ümid edirik ki, daha iki oyun keçirib növbəti mərhələyə adlamaq şansımız olacaq. Bu, maneə deyil, fürsətdir, çağırışdır və biz bununla üzləşməliyik.

“Mançester Siti” növbəti mərhələyə adlaya bilməsə, bu nə demək olacaq? Klub üçün pis olardı, amma indi bu haqda düşünmürəm. Bilirəm ki, hamı maraqlanır ki, biz daha da irəli gedəcəyik, ya yox, amma məncə, uğur qazanacağıq. Uçuşla bağlı narahatlığınız üçün təşəkkür edirik. Amma oyundan sonra mənə sual verə bilərsiniz, sizə cavab verim”.

Seçilən
11
14
futbolpress.az

10Mənbələr