AZ

Damarları xolesterindən təmizləyən MƏHSUL

Həkimlər qan damarlarını xolesteroldan təmizləmək üçün mövcud məhsullar arasında qarabaşaq yarmasını tövsiyə ediblər.

Viral.az medicina.az-a istinadən xəbər verir ki, damarlarda xolesterin tıxaclarının əmələ gəlməsinin və aterosklerozun inkişafının qarşısını almaq üçün onların təmiz olması lazımdır.

Qan damarlarını xolesteroldan təmizləmək üçün mövcud məhsullar arasında mütəxəssislər ruslara yaxşı məlum olan qarabaşaq yarmasının adını çəkdilər. Bu məhsulun tərkibində damar toxuması üçün son dərəcə vacib olan mikroelementlər var.

Son Yazılar:

Kalium, silikon, fosfor, maqnezium və rutin qarabaşaq yarmasını xüsusi məhsul edir. Onun istifadəsi pis xolesterinin çıxarılmasına və qan damarlarının divarlarının möhkəmlənməsinə kömək edir.

Qan damarlarının sağlamlığını yaxşılaşdıran digər hazır qidalara alma və sarımsaq daxildir. Almanın tərkibində çoxlu flavonoid epikateşin var, bu antioksidant maddə qan damarlarının tıxanmasının qarşısını alır və qan təzyiqini aşağı salır. Sarımsaq həm də zəngin antioksidant mənbəyidir, qan laxtalanmasının qarşısını alır.

Damar sağlamlığı üçün digər qiymətli qida komponenti qan təzyiqini normallaşdırmaq və infarkt riskini azaltmaq qabiliyyətinə malik “Omeqa-3” yağ turşularıdır. Onları yağlı balıq (məsələn, siyənək), dəniz yosunu və bəzi bitki yağları yeyərək əldə edə bilərsiniz.

Seçilən
5
41
viral.az

10Mənbələr