"Daha bir dönüş nöqtəsindəyik, Avropa özünü qlobal oyunçu kimi təsdiqləməlidir".
Parol.az xəbər verir ki, bunu Davos İqtisadi Forumunda Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, ABŞ-nin Avropa üçün əvəzsiz müttəfiq olduğu aydındır. Zelenski onu da qeyd edib ki, Avropa öz müttəfiqləri üçün ikinci və ya üçüncü olmalı deyil, bəziləri bunu Avropa üçün problem kimi görür.