Astronomlar tərəfindən ötən ilin dekabrında kəşf edilən 2024 YR4 asteroidi 2032-ci ildə planetimizlə toqquşa bilər.
Publika.az xəbər verir ki, bunu Ka-Dar rəsədxanasının və “Astroverts” astrofarmının elmi direktoru Stas Korotkiy “RİA Novosti” ilə söhbətində bildirib.
O, aydınlaşdırıb ki, hazırda toqquşma ehtimalı 0,5-6% arasında qiymətləndirilir.
Onun sözlərinə görə, 2024 YR4 asteroidi ötən il dekabrın 27-də Çilidə yerləşən ATLAS rəsədxanasında aşkar edilib. İlkin məlumata görə, onun diametri təxminən 70 metrdir ki, bu da Çelyabinsk meteoritindən 3-4 dəfə böyükdür.