AZ

2032-ci ilin dekabrında dünyanı gözləyən TƏHLÜKƏ

Alimlər 2032-ci ildə Yerə çırpılma ehtimalı olan 60 metr enində yeni bir asteroid kəşf ediblər.

News24.az musavat.com-a istinadən xəbər verir ki, "2024 YR4" adı verilən asteroidin 2032-ci ilin dekabr ayında Yerə çox yaxınlaşacağı bildirilib.

Orbitindəki qeyri-müəyyənliklər nəzərə alındıqda, asteroidin birbaşa Yerə çırpılma ehtimalı da var.

Mütəxəssislər bildiriblər ki, "2024 YR4" 2032-ci ilin dekabrında Yerə 106 min kilometrə qədər yaxınlaşa bilər.

Avropa Kosmik Agentliyi (ESA) və NASA-nın məlumatına görə, orbitdəki dəyişikliklər asteroidin birbaşa Yerə çırpılmasına səbəb ola bilər.

Mövcud hesablamalara əsasən, mümkün toqquşma nöqtəsi Cənubi Amerikadan Atlantik Okeanına və Cənubi Afrikaya qədər uzanan bir ərazini əhatə edir. Bununla belə, alimlər asteroidin orbitinin dəqiq müəyyənləşdirilməsi üçün əlavə müşahidələrin vacib olduğunu vurğulayırlar.

Asteroidin ölçüsü və tərkibi, təsirinin böyüklüyünü müəyyən edən əsas amillərdir. Təxminlərə görə, "2024 YR4" 60 metr enindədir, lakin səthinin parlaqlığına bağlı olaraq bu ölçü dəyişə bilər.

Astronomlar qarşıdakı illərdə "2024 YR4"ü yaxından izləyərək daha dəqiq hesablamalar aparmağı planlaşdırırlar. 2028-ci ildə asteroid Yerə daha yaxın keçəcək və bu da onun ölçüsü, tərkibi və orbitinin daha dəqiq müəyyənləşdirilməsinə imkan verəcək. Bu müşahidələr nəticəsində "2024 YR4" asteroidinin 2032-ci ildə həqiqətən təhlükə yaradıb-yaratmayacağı dəqiqləşəcək


Seçilən
2
2
news24.az

9Mənbələr