1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Məntəqəmizdə ilk dəfə səs verənlər üçün hədiyyələr hazırlamışıq".
Bu sözləri 45 saylı Sumqayıt 4-cü seçki dairəsinin 3 saylı məntəqəsinin sədri Nizami Əhmədov deyib.
O bildirib ki, məntəqədə 1 316 seçici var, onlardan 8-i ilk dəfə səs verəcək.
Bildirək ki, Sumqayıt şəhərində 272 474 nəfər səsvermə hüququndan istifadə edir. Onlardan 1 841-i ilk dəfə səs verəcək. 80-100 yaş arası seçicilərin sayı 3 593 nəfərdir. Bir nəfərin yaşı isə 100-dən çoxdur. Qeyd edək ki, Sumqayıt şəhərində 6 dairə üzrə 210 məntəqə fəaliyyət göstərir.
Daha ətraflı Baku TV-nin videomaterialında: