AZ

Avtomobil bazarı təhlükə qarşısında: Yeni avtomobillərin 45 faizi "paralel importdur"

"Paralel import" yolu ilə gətirilən avtomobillər bazara rəsmi dilerlərdən qat-qat ucuz qiymətə çıxarılır. Deyə bilərsiniz, bunun nəyi pisdir ki, təki ölkənin avtomobil parkı yenilənsin, əhali ucuz maşın alsın. Təəssüf ki, belə "ucuz ətin şorbası" istehlakçılara, avtomobil sektoruna və ümumiyyətlə ölkə iqtisadiyyatına baha başa gələ bilər.

Fins.az xəbər verir ki, logistika aləmində "paralel import" termininə çoxdan rast gəlinir. Sadə dildə desək, xarici istehsalçının icazəsi olmadan hər hansı məhsulun ölkəyə idxal olunmasına "paralel import" deyilir. Bəzi ölkələrin iqtisadiyyatında "paralel import" qaçılmazdır. Məsələn, məlum hadisələrdən sonra, Rusiyaya qarşı əksər ölkələr sanksiyalar tətbiq edərək, bu ölkənin bazarını tərk etdilər. Bu zaman idxalçılar nə etdi? Üçüncü ölkələrdə nümayəndəliklər açaraq, onların vasitəsilə ölkədə tələbatla üzləşmiş mallar gətirməyə başladılar. Beləliklə, "paralel import" onların istehlak bazarını demək olar ki, xilas etdi. Lakin sivil yolla inkişaf edən iqtisadiyyatlar üçün "paralel import"un mənfi cəhətləri, hətta təhlükəsi danılmazdır. Gəlin onları ölkəmizin avtomobil bazarının timsalında təhlil edək.

Seçilən
2
3
fins.az

10Mənbələr